Bayden Ukrayna üzrə Sülh Sammitində iştirak etməyəcək
Bizi izləyin

ABŞ

Bayden Ukrayna üzrə Sülh Sammitində iştirak etməyəcək

Bayden Ukrayna üzrə Sülh Sammitində iştirak etməyəcək.

Publika.az xəbər verir ki, bu barədə xarici KİV-lər Ağ Evin yaydığı məlumata istinadən bildiriblər.

Belə ki, Ağ EV ABŞ-nin vitse-prezidenti Kamala Harrisin iyunun 15-də Ukrayna üzrə Sülh Sammitində iştirak etmək üçün İsveçrənin Lütsern şəhərinə yola düşəcəyini bəyan edib.

Məlumata görə, vitse-prezident Bayden-Harris administrasiyasının Ukraynanın suverenliyi və ərazi bütövlüyü, eyni zamanda, BMT Nizamnaməsinin prinsiplərinə əsaslanan ədalətli və davamlı sülhün təmin edilməsi üçün Ukraynanın səylərini dəstəkləmək öhdəliyini vurğulayacaq.

Kamala Harrislə bərabər Ukrayna üzrə Sülh Sammitində ABŞ-ni Prezidentin Milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan təmsil edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm