Ankaradan Pentaqona SƏRT CAVAB: “Buna özümüz qərar veririk”
Bizi izləyin

Dünya

Ankaradan Pentaqona SƏRT CAVAB: “Buna özümüz qərar veririk”

ABŞ Müdafiə Nazirliyinin YPG-yə (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı gücü - red.) verilmiş silahlarla əlaqədar bəyanatı Türkiyənin sərt etirazına səbəb olub.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Pentaqonun bəyanatına cavab verib.

“Milli təhlükəsizliyimizə nəyin təhdid olduğuna başqaları deyil, Türkiyənin özü qərar verir. YPG-dən silahların toplanacağı barədə bəyanat konkret şəklə gətirilməlidir”, - o bildirib.

Qeyd edək ki, Pentaqon Türkiyənin milli təhlükəsizliyinə təhlükə yaratmayan silahların YPG-dən toplanmayacağını açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm