Yaxın 5 gün ərzində BAŞLAYA BİLƏR - III Dünya müharibəsi XƏBƏRDARLIĞI
Bizi izləyin

Dünya

Yaxın 5 gün ərzində BAŞLAYA BİLƏR - III Dünya müharibəsi XƏBƏRDARLIĞI

ABŞ və Cənubi Koreyanın Koreya yarımadası ətrafında birgə hərbi təlimə başlaması regionda müharibəyə gətirib çıxara bilər.

Publika.az xəbər verir ki, bu haqda Koreya Xalq Demokratik Respublikası (KXDR) dövlət nəşri olan “Rodong Sinmun”un məqaləsində deyilir.

“Təlim açıq təxribatdır, hər an nüvə müharibəsinə gətirin çıxara bilər”, - nəşr xəbərdarlıq edib.

Qeyd edək ki, Vaşinqton və Seul 2017-ci ildə 20-yə qədər raket sınağı keçirən Şimali Koreyaya gözdağı vermək üçün genişmiqyaslı hərbi təlimə başlayıb. 200-dən çox təyyarə və 12 min hərbçinin iştirak etdiyi təlimə həmçinin nüvə başlıqları daşıya bilən B-1B strateji bombarmançıları və 6 ədəd gözəgörünməz “F-22” qırıcıları da cəlb olunub. “Vigilant ACE” adı altında keçirilən təlim 5 gün davam edəcək.

Cənubi Koreya Müdafiə Nazirliyinin bəyanatına görə, təlimin keçirilməsində əsas məqsəd rəsmi Vaşinqton və Seulun hərbi qüvvələrinin Şimali Koreya təxribatlarına qarşı gücünü nümayiş etdirməkdir.

Heç bir halda qonşuluğunda müharibənin olmasını istəməyən Moskva və Pekin isə sülh danışıqlarının başlanması üçün ABŞ-ın regional müttəfiqləri ilə birgə keçirdiyi hərbi təlimlərin dayandırılmasının vacib şərt olduğunu bildirir. Məsələn, Rusiya bir neçə gün əvvəl KXDR-in nüvə probleminin nizama salınması üzrə təqdim etdiyi mərhələli həll planında bu məqam əksini tapıb. Bu şərti bəzən “ikiqat dondurulma” (söhbət raket və nüvə sınaqları ilə eyni vaxtda ABŞ regional müttəfiqləri ilə keçirdiyi hərbi təlimlərin dayandırılmasından gedir –red.) adlandırırlar.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm