HƏMAS-dan yeni döyüş ÇAĞIRIŞI
Bizi izləyin

Dünya

HƏMAS-dan yeni döyüş ÇAĞIRIŞI

Fələstinin HƏMAS təşkilatı İsrailə qarşı müqavimət üzrə növbəti bəyanat verib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, təşkilat Fələstin xalqını İordan çayının qərbi, Qüds və Qəzzada sərhədə yaxın nöqtələrdə toplanmağa və Qüdsü müdafiə etmək üçün İsrail ordusu ilə mübarizəni davam etdirməyə çağırıb.

HƏMAS xalqdan haqlarına sahib olana kimi intifadanı (fələstinlilərin İsrail işğalina qarşı başlatdığı müqavimətin adı, daha əvvəl 2 intifada olub –red.) davam etdirməyi istəyib.

Qeyd edək ki, ilk intifada 1987-ci ildə başlanıb. Birinci İntifada Jabalia qaçqın düşərgəsində başlanıb və qısa müddətdə Qəzza, Qərb Şeria və Şərqi Qüdsün hər yerinə yayılıb. İsrail ordusuna aid bir maşının 4 fələstinlini öldürməsi müqaviməti daha da güclənib. Bu intifada zamanı 1087 fələstinli, 160 israilli həlak olub, həmçinin İsrailin 1400-dən çox mülki vətəndaşı, 1700-dən çox əsgəri yaralanıb. 822 nəfər fələstinli isə İsraillə əməkdaşlıq etməkdə ittiham edilərək qətlə yetirilib.

1991-ci ildə zəifləyən müqavimət, 1993-cü il avqust ayında Norveçdə Fələstin muxtariyyətinin qəbul etdiyi Oslo razılaşmasının imzalanması ilə sona çatdı.

Fələstinlilər tərəfindən “Əl-Əqsa-İntifadası” adlandırılan ikinci intifada 2000-ci il iyun ayında başladılıb. Qısa zaman içində Fələstin ərazisinin sərhədlərini aşan və İsrailə qədər yayılan ikinci intifada 2005-ci il fevral ayında, Misirin Şarm Əl-Şeyx şəhərində Mahmud Abbas və Ariel Şaron arasındakı atəşkəs razılaşması ilə sona çatıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm