Nyu-Yorkda partlayış törədənin kimliyi məlum oldu - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Nyu-Yorkda partlayış törədənin kimliyi məlum oldu - YENİLƏNDİ

Nyu-Yorkda partlayış törədən şəxsin kimliyi məlum olub.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, insidentin 27 yaşlı Banqladeş vətəndaşı tərəfindən törədildiyi aşkar edilib. Onun gödəkcəsinin cibində olan bomba qatar stansiyalarının yaxınlığında yarımçıq işə düşüb. Hadisə nəticəsində cinayətkarın özü və yoldan keçən bir nəfər yaralanıb.

***

Son məlumata görə, əldəqayırma bomba ən böyük avtobus terminalının yaxınlığında partladılıb. CNN telekanalı xəbər verir ki, təhlükəsizlik əməkdaşları yerdə daha iki bombanı tapıblar.

Yaralıların sayı barədə müxtəlif məlumatlar verilir. Nyu-Yorkun Fövqəladə Hallar üzrə Dairəsi bir nəfərin yaralandığını açıqlasa da, ABŞ KİV-i yaralıların sayının çox olduğunu yazıb.

Artıq bir nəfər saxlanılıb. Onun yaralanan yeganə şəxs olduğu deyilir. ABŞ mediası şübhəlinin üzərində kamikadze kəmərinin olduğunu bildirir. Partlayışı məhz kimin təşkil etdiyi hələlik məlum deyil.

Nyu-York metrosunun üç istiqaməti üzrə təxliyyə həyata keçirilib.

***

Nyu-Yorkda nəqliyyat stansiyasının ərazisində partlayış baş verib.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində yaralıların olduğu bildirilir.

Partlayışın terror aktı olub-olmadığı barədə məlumat verilmir.

Hadisə yerinə polis, təcili və tibbi xidmətlər cəlb olunub.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm