Liviyada YENİ QƏDDAFİ ERASI başlayır?
Bizi izləyin

Dünya

Liviyada YENİ QƏDDAFİ ERASI başlayır?

2011-ci ildə qətlə yetirilmiş Liviya lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi 2018-ci ildə ölkədə keçiriləcək prezident seçkilərində iştirak edə bilər.

“Report” xəbər verir ki, bu barədə Qəddafi ailəsinin nümayəndəsi olan Basim əl-Haşimi əl-Sulyə istinadən "Egypt Today" nəşri məlumat yayıb.

"Seyf əl-İslam 2018-ci ildə keçirilə biləcək prezident seçkilərində öz namizədliyini irəli sürəcək", - deyə o bildirib.

Nümayəndənin sözlərinə görə, keçmiş Liviya liderinin oğlu yaxın vaxtlarda öz proqramını təqdim etməyi planlaşdırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm