Dünya
Trampın bu hərəkəti müzakirələrə səbəb oldu - VİDEO
“Tvitter” sosial şəbəkəsində “AynRandPaulRyan” hesabı tərəfindən paylaşılan video dünya mediasının diqqətini çəkib.
Publika.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Vaşinqtonda çıxışı zamanı su içərkən maraqlı görüntülər yaranıb. Belə ki, o, kiçik bir stəkandan su içmək üçün iki əlinə də ehtiyac duyub.
Şəbəkə istifadəçiləri bu anı maraqlı şəkildə şərh ediblər. Bir qrup insan fikirləşir ki, Tramp yaşlı olduğu üçün əlləri əsir və bu, ona çətinlik yaratmasın deyə stəkanı iki əli ilə qaldırıb. Digər bir qrup isə onun özündə olmadığını deyərək gözlərinə diqqət çəkib.
Amerikanın məşhur informasiya agentliklərindən olan “Daily Mail” nəşri yazır ki, bu, Trampın ilk qəribə hərəkəti deyil. Qeyri-adi davranışlarına görə Trampın müxtəlif ciddi xəstəliklərdən -diabet, hipertoniya, ürək çatışmazlığı, ağıl zəifliyi və demensiyadan əziyyət çəkdiyi də yazılır.
Xatırladaq ki, daha əvvəl də Tramp Asiya səfəri zamanı çıxışında suyu birbaşa butulkadan yöndəmsiz şəkildə içmişdi.
Könül Cəfərli
-
İdman12:13
Ulduzlar yeni ili belə qarşıladılar - FOTOLAR
-
ABŞ11:06
Ağ Evdə gizli görüş: İran vurulacaq?
-
Magazin110:29
Azər Baxşəliyevin son durumu necədir?
-
Pul09:24
Azərbaycan manatının nominal effektiv MƏZƏNNƏSİ ARTDI
-
Dünya08:24
Çin Tayvana görə ABŞ-dan belə QİSAS ALDI
-
Magazin207:30
Yeni ildə eşqini elan etdi
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO