Ramzan Kadırov da O SİYAHIYA düşdü
Bizi izləyin

Dünya

Ramzan Kadırov da O SİYAHIYA düşdü

Çeçenistan rəhbəri Ramzan Kadırovun adı ABŞ-ın “Maqnitski siyahısı”na salınıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında dərc edilən məlumatda deyilir. Məlumata görə, R.Kadırovla yanaşı daha 4 Rusiya vətəndaşının adı siyahıya daxil edilib.

Qeyd edək ki, “Maqnitski aktı” 2012-ci ilin dekabrında qəbul edilib. Akt “Firestone Duncan” şirkətinin hüquqşünası Sergey Maqnitskinin ölümü ilə bağlılığı olan və insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə sanksiya tətbiq etmək səlahiyyəti verir. “Maqnitski siyahıs”ına daxil edilən şəxslərin bir qayda olaraq ABŞ-a gəlmələri qadağan olunur, ABŞ-dakı aktivlərinə isə həbs qoyulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm