Dünya
ABŞ Qüdsə görə QİSAS ALMAĞA BAŞLADI
ABŞ BMT-nin 2018-2019-cu illər üçün nəzərdə tutulan büdcəsinə ayırdığı vəsaiti 285 milyon dollar azaldacaq.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli deyib.
“Bundan sonra Amerika xalqının comərdliyinin istismar edilməsinə və ya bunun nəzarətsiz qalmasına icazə verməyəcəyik”, - amerikalı diplomat bildirib.
Qeyd edək ki, dekabrın 24-də BMT Baş Assambleyası təşkilatın 2018-2019-cu illər üçün büdcəsini təsdiq edib. 5,4 milyard dollarlıq büdcənin 3 milyard dollarından çox hissəsini ABŞ verir. ABŞ həmçinin BMT-nin himayəsi altında həyata keçirilən “sülhü qoruma missiyaları” üçün də əlavə vəsait ödəyir.
ABŞ-ın bu addımı BMT-dən qisas almaq cəhdi kimi qiymətləndirilir. Dekabrın 22-də BMT Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarını qeyri-qanuni hesab edən qətnaməni qəbul edib. Sənədin lehinə 128, əleyhinə 9 ölkə səs verib. 35 dövlət isə bitərəf qalıb.
Səsvermədən əvvəl isə Nikki Heyli BMT üzvlərini yardımları kəsməklə hədələmişdi.
Ömər Dağlı
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika2 Yanvar 20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin12 Yanvar 20:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin12 Yanvar 19:36
“Çıxışlarım son anda təxirə salınır”