AB: "Türkiyə şərtlərimizi qəbul edərsə, kömək edərik"
Bizi izləyin

Dünya

AB: "Türkiyə şərtlərimizi qəbul edərsə, kömək edərik"

Avropa Birliyi 2018-ci ili "Avropa Birliyi ilə münasibətlərin yumşaldılması ili" elan edən Türkiyəyə cavab ünvanlayıb.

Publika.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ili AB-i ilə uğurlu münasibətlərin ili olacağını bəyan etmişdi. Bu bəyanata Brüsselin reaksiyası gecikməyib. Məsələ ilə bağlı Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker açıqlama verərək, istəsələr, Türkiyəyə kömək edə bilərik deyib:

“Türkiyə hökuməti AB-nə yaxınlaşmaq istəsə, biz onlara bu məsələdə kömək edə, danışıqlar apara bilərik. Lakin, görünən odur ki, Türkiyə böyük addımlarla Avropa Birliyindən uzaqlaşır. Təbii ki, Türkiyə hazırkı şərtlər altında Avropa Birliyinə üzv ola bilməz”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm