Türkiyə XİN-i Suriya ilə qonşu ölkələrin səfirlərini çağırdı
Bizi izləyin

Dünya

Türkiyə XİN-i Suriya ilə qonşu ölkələrin səfirlərini çağırdı

Suriyanın Afrin bölgəsindən Türkiyənin başlatdığı "Zeytun budağı" əməliyyatı ilə bağlı son dəqiqə xəbərləri gəlməyə davam edir.

Publika.az xəbər verir ki, bu gün Suriya ilə qonşu ölkələrin səfirləri məlumatlandırmaq üçün Türkiyənin Xarici İşlər Nazirliyinə çağrılıb.

Türkiyə prezidentinin müşavir köməkçisi, səfir Sedat Önal nazirlikdə Qətər, Küveyt və Səudiyyə Ərəbistanının səfirlərinə "Zeytun budağı" əməliyyatı haqqında məlumat verəcək.

Artıq Suriyada terror təşkilatı PKK/PYD/YPG işğalındakı Afrin ərazisində quru hərəkatı da başlayıb. Tanklar və hərbi maşınlar Hatay sərhədindən Afrin bölgəsinə keçməkdədirlər. "Zeytun budağı" əməliyyatı çərçivəsində Azad Suriya Ordusu da Afrin torpaqlarına girərək, içəridə irəliləməyə başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm