• USD 1,7000 0,00% EUR 2,0122 -0,28%
    • GBP 2,3617 -0,22% RUB 0,0233 0,00%

Qərbin “Zeytun budağı” anti-təbliğatı: “Ərdoğan quru hərəkatı başlatdı”

  • Dünya
  • 22 Yanvar 2018 09:46
  • 638 Baxış
Qərbin “Zeytun budağı” anti-təbliğatı: “Ərdoğan quru hərəkatı başlatdı”

Türkiyənin Afrində başlatdığı “Zeytun budağı” hərəkatı dünya mediasında geniş əks-səda doğurarkən Qərb mediası bu hadisəyə fərqli baxış bucağından yanaşıb.

Publika.az xəbər verir ki, qərb mediası PKK/PYD terror təşkilatına qarşı həyata keçirilən bu planın Suriyada yaşayan kürdlərə qarşı tətbiq edildiyini yazıb. PKK terror təşkilatının adını çəkməkdən isə birdəfəlik imtina edib.

Almaniyanın “Zeit” qəzeti “Zeytun budağı”nı “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürdlərə qarşı başlatdığı hərəkat” başlığı ilə dərc edib. “Deutsche Welle” “Ərdoğan quru hərəkatı rəsmi şəkildə başlatdı”, “The Independent” isə xəbəri “Türk qırıcı təyyarələri Suriyada kürdləri bombalayır” başlığı ilə yayımlayıb. “BBC” Suriyanın şimalında yeni bir cəbhə açıldığını elan edib. Dərc edilən məqalələrdə Türkiyəyə məxsus silahların günlərdir Suriyanın şimalındakı kürd milis qrupu olan YPG-ni atəşə tutduğu özəlliklə vurğulanıb.

Bunların əksinə olaraq, İngiltərənin “Guardian” qəzeti Türkiyənin YPG terror təşkilatını Afrindən təmizləmək sözü verdiyini yazıb.

“Zeytun budağı” hərəkatının verildiyi xəbərlərdə Türkiyənin ABŞ-ın müttəfiqi olan PKK terror təşkilatını bombalaması detalı xüsusi diqqət çəkib.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR