Ankaradan Vaşinqtonun təklifinə RƏDD CAVABI: “İlk olaraq bunu etməlisiniz”
Bizi izləyin

Dünya

Ankaradan Vaşinqtonun təklifinə RƏDD CAVABI: “İlk olaraq bunu etməlisiniz”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Reks Tillersonun Suriyada təhlükəsiz zonanın yaradılması barədə təklifinə ilk dəfə reaksiya verib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, nazir bu məsələnin müzakirəsinin zamanı olmadığını deyib.

“Prosesdə ABŞ-a etibar azaldı. Etibar yenidən bərpa edilmədən bu cür məsələləri müzakirə etmək düzgün deyil”, - Türkiyə xarici siyasət idarəsinin başçısı bildirib.

Xatırladaq ki, Tillerson yanvarın 22-də Parisdə türkiyəli həmkarı ilə görüşdən sonra Türkiyə ilə birgə təhlükəsizlik problemlərini həll etmək üçün atılacaq addımları müəyyənləşdirmək istədiklərini vurğulayıb. O, Türkiyə və ABŞ-ın Suriyanın şimali-qərbində təhlükəsizlik zonasının yaradılması istiqamətində birlikdə çalışacağına ümid etdiyini dilə gətirib.

Təklifə reaksiya verən Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ “PYD-yə verilən silahları toplayın” çağırışı edib.

“Əməkdaşlığın yolu bəllidir: silahların çatdırılmasını (PYD terror təşkilatına çatdırılan silahlardan söhbət gedir –red.) dayandırmaq və daha əvvəl verilən silahları toplamaq”, - hökumət rəsmisi bildirib.

ABŞ-ın dövlət katibi Reks Tillersonun “təhlükəsiz zonanın yaradılması üçün Türkiyə ilə birlikdə çalışa bilərik” şəklində bəyanatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 5 il əvvəl irəli sürdüyü planı yada saldı. Ərdoğan 2013-cü ilin may ayında baş nazir postunda olarkən ABŞ-a səfər etmiş və Suriyada uçuşa qadağan bölgənin elan edilməsini təklif etmişdi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm