Dağıstanın hökümət başçısı və müavinləri saxlanıldı - - VİDEO
Bizi izləyin

Dünya

Dağıstanın hökümət başçısı və müavinləri saxlanıldı - - VİDEO

Dağıstanda hökumətinin başçısı vəzifəsini müvəqqəti icra edən Abdusamad Həmidov, eləcə də baş nazirin iki müavini saxlanılıb.

Publika.az xəbər verir ki, hazırda Dağıstan hökümətinin başçısının Maxaçqalada, Rusiya FTX-nin regional şöbəsində ifadə verdiyi bildirilib.

Bu gün səhər saatlarında Federal Təhlükəsizlik Xidməti və xüsusi təyinatlılar tərəfindən Abdusamad Həmidovun və onun müavinləri Şamil İsayev və Rayudina Yusufovanın evində əməliyyat axtarış tədbirləri aparılıb və onlar həbs edilib.

Əməliyyat axtarış tədbirlərinin hakimiyyət orqanlarının kompleks yoxlanılması üçün aparıldığı və sistemdə korrupsiya əleyhinə mübarizə çərçivəsində gerçəkləşdirildiyi qeyd olunub.

Dağıstanın hökumət başçısı ölkədə fırıldaqçı məmurlara şərait yaratmaqda və rüşvət almaqda ittiham olunur.

Aparılan araşdırma nəticəsində arxitektura idarəsinin rəisi Maqomedrasul Qitinov saxlanılıb. Ona vəzifəsindən sui-istifadə etdiyinə görə 10 ilə qədər həbs cəzası veriləcəyi gözlənilir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm