Məhkəmə Saakaşvilinin şikayətini rədd etdi
Bizi izləyin

Dünya

Məhkəmə Saakaşvilinin şikayətini rədd etdi

Kiyev Apelyasiya Məhkəməsi Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Miqrasiya Xidmətinin qərarından etdiyi şikayəti rədd edib.

Publika.az xəbər verir ki, bu haqda “İnterfaks-Ukrayna” agentliyi yazıb.

Xatırladaq ki, 2017-ci ilin noyabr ayında Ukraynanın Miqrasiya Xidməti Mixail Saakaşviliyə əlavə müdafiəyə ehtiyac duyan şəxs statusu verməkdən imtina edib.

Saakaşvili daha sonra Miqrasiya Xidmətinin qərarından birinci instansiya məhkəməsinə şikayət edib. Lakin məhkəmə Saakaşvilinin şikayətini qəbul etməyib və nəticədə, keçmiş qubernator Apelyasiya Məhkəməsinə üz tutub.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm