
İndoneziyada inşası davam etdirilən bir binanın çökməsi nəticəsində ilkin məlumata görə, 2 nəfər ölüb.
Publika.az xəbər verir ki, Borneo adasındakı Şimali Samarinda qəsəbəsində tikilən binanın çökməsinə inşaat zamanı sütunların səhv yerləşdirilməsi səbəb olub.
Hadisə zamanı binada 91 işçinin olduğu deyilir. Onlardan 11 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb.