Dünya
Almaniya xüsusi təyinatlılarını Slavyanska göndərəcək
Alman hökuməti Slavyansk şəhərini separatçılardan təmizləmək üçün “KSK” adlı elit xüsusi təyinatlı dəstəsini Ukraynaya göndərməyi planlaşdırır.
Publika.az “Dni.ru” saytına istinadən bildirir ki, bir müddət əvvəl Slavyanskda 4 Almaniya vətəndaşı özünümüdafiə dəstələri tərəfindən girov götürülüb. Rəsmi Kiyevin girovların azad edilməsi ilə bağlı apardığı danışıqlar hələ ki nəticə verməyib. Separatçıların Slavyanska mer təyin etdikləri Vyaçeslav Ponamaryov bir neçə dəfə əsirləri geri qaytaracağı ilə bağlı söz versə də, vədinə əməl etməyib. Amma deyib ki, girovların saxlanma şəraiti yaxşıdır.
“Əslində, onlar girov deyil, mənim qonaqlarımdır” deyən Ponamaryov əlində saxladığı almanları Ukrayna ordusuna əsir düşmüş özünümüdafiə dəstəsinin üzvləri ilə dəyişməyi planlaşdırır.
Qeyd edək ki, Almaniyanın xüsusi təyinatlı “KSK” dəstəsi 1996-cı ildə yaradılıb. “KSK”-ya daxil olmaq istəyən hərbçilər çox sərt imtahanlardan keçməli olur. Məsələn, 7 kilometrlik məsəfəni belində 20 kq yüklə cəmi 52 dəqiqəyə qət etməli, suda 500 metr məsafəni 15 dəqiqəyə üzüb keçməlidir. Həmçinin əlbəyaxa döyüşü, partlayıcı maddələrlə işləməyi mükəmməl bilməlidir. İmtahana cəngəllikdə yaxud dözülməz şəraitdə sağ qalmaq bacarığı da daxildir. Yalnız bu imtahandan keçən döyüşçü KSK dəstəsinə götürülür.
İlqar Atabəyli
-
Ekologiya17:20
Bu axşam başlayır, mayın 7-nə kimi... - Daha bir XƏBƏRDARLIQ
-
MDB16:40
Putin inauqurasiya mərasiminə bu avtomobillə gələcək - VİDEO
-
İdman15:46
Şahruddin ən yaxşılardan biri oldu - FOTO
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...