Türkiyədə “Əhməd Cavad İnstitutu” qurulacaq
Bizi izləyin

Nida Xəbər

Türkiyədə “Əhməd Cavad İnstitutu” qurulacaq

Türkiyədə müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçelinin göstərişi ilə “Əhməd Cavad İnstitutu” qurulacaq.

Publika.az xəbər verir ki, institutda türk dünyası ilə bağlı araşdırmalar müzakirə olunacaq.

İnstitutun məqsədi Azərbaycan şairinin çoxşaxəli əsərlərini, türk dünyasına, o cümlədən mədəniyyət, incəsənət və ədəbiyyata verdiyi töhfələri araşdırmaq, türk dünyasında fikir və duyğuların ümumi birliyinin genişləndirilməsinə xidmət etməkdir.

Xatırladaq ki, türkiyəli siyasətçi Türk dünyasının yaxınlaşmasındakı xidmətlərinə görə Əhməd Cavad Şərəf Medalı ilə təltif olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm