Dünya
Fransa prezidentinin xanımı sarayı dağıtdı - FOTO
Fransa prezidenti, 59 yaşlı Fransua Ollandla 41 yaşlı aktrisa Jüli Qayearasındakı eşq macərası ilə bağlı qalmaqal səngimək bilmir.
Milli.Az Le Monde-a istinadən bildirir ki, Fransa prezidentinin
qeyri-rəsmi nikahda olduğu xanımı Valeri
Trevelyenin ərinin ona aktrisa ilə xəyanət etdiyini
eşidəndə çılğına dönməsi barədə məlumatlar indi yayılır. Trevelye
bu xəbəri alanda o qədər hirslənibmiş ki, Yelisey Sarayındakı
otaqları alt-üst edib, əlinə keçən əşyaları hara gəldi atıb.
Bu minvalla Yelisey Sarayına təqribən 3 milyon avroluq ziyan
dəydiyi vurğulanır.
Sındırılan əşyalar arasında Fransanın milli sərvətlərindən sayılan Sevr çini vazası da varmış.
Daha sonra depressiyaya qapılan Valeri Trevelye hospitala aparılıb
və orada 8 gün müalicə alıb.
İndisə onun ərini bağışlamağa hazır olduğu vurğulanır.
Belə ki, 48 yaşlı Valeri Trevelyenin gələn ay ərini Vaşinqtona
rəsmi səfərdə müşayiət etməyə hazır olduğu da iddia olunur.
Fransua Olland isə deyəsən, arvadını bağışlamaq niyyətində deyil. İddialara görə o, 10 ildən bəri qeyri-rəsmi nikahda yaşadığı Valeri Trevelye ilə ayrılmaq niyyətindədir.
59 yaşlı F.Olland son qalmaqalla bağlı mediaya heç bir açıqlama
verməyib.
Bu arada Fransua Ollandın aktrisa Jüli Qayenin yanına "eşq
görüş"lərinə yollanarkən geyindiyi motosiklet şlemi "Motoblouz
Dexter"ə Fransada tələbat artıb.
"Motoblouz" şirkətinin saytında "Dexter" şlemi "Star de Medias"
(Medira ulduzu) kimi təqdim olunur.
-
Magazin117:30
Azərbaycanlı müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ
-
Ekologiya17:20
Bu axşam başlayır, mayın 7-nə kimi... - Daha bir XƏBƏRDARLIQ
-
MDB16:40
Putin inauqurasiya mərasiminə bu avtomobillə gələcək - VİDEO
-
İdman15:46
Şahruddin ən yaxşılardan biri oldu - FOTO
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO