Dünya
İraq ordusunun İŞİD-ə verdiyi silahlar kimi vuracaq?
İraq ordusu İraq-Şam İslam Dövləti (İŞİD) qarşısında geri çəkilməkdə davam edir.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, ordu birləşmələri Tikrit şəhərinə yaxın bir neçə qəsəbənin İŞİD-in əlinə keçməsindən sonra Tikrit şəhərindən də geri çəkilib.
Kərkük vilayətinin bəzi mahal, nahiyə və kəndlərinin də İŞİD-ə müqavimət göstərmədən təslim olduğu deyilir. Yerli mənbələrin verdiyi məlumata görə, İŞİD mahal mərkzələrində havaya atəş açaraq qələbəsini qeyd edir. Geri çəkilən ordu güclərinin əllərindəki müasir və ağır silahları da İŞİD güclərinə saxladığı bildirilir.
Digər tərəfdən “Ənsar əl-İslam” və "Mücahidlər ordusu” qruplarının da Kərkük ətrafında İraq ordusuna hücum etdiyi xəbər verilir.
Qeyd edək ki, Suriyanın şimalında bəzi bölgələrə və İraqda Fellucəyə nəzarət edən İŞİD İraqın neft zəngin olan Mosul şəhərini də dünən tamamilə ələ keçirib. İŞİD-in ölkənin ən böyük ikinci şəhəri olan Mosulda hava limanı, hərbi baza, hökumət və təhlükəsizlik binalarını ələ keçirdiyi bildirilir. Şimali İraq kürd muxtariyyətinin peşmerge güclərini göndərmə təklifini rədd edən İraqın naş naziri Nuri Əl- Maliki parlamentdən fövqəladə vəziyyətin elan edilməsini istəyib.
Ömər Dağlı
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO