Dünya
İŞİD-dən xoruz banı eşitməmiş qadağalar
Terror təşkilatı işğal etdiyi bölgələri 11 bəndlik qadağalarla idarə edir.
İraqın bir çox bölgəsini, o cümlədən böyük neft mədənlərini ələ keçirən İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı işğal etdiyi bölgələrdə bəzi qadağalar qoyub.
Kərkük Türkmən Cəbhəsi könüllüləri cəlb etmək üçün nəzərdə tutulan telefon nömrəsi ilə (nömrə Türkiyə Cümhuriyyətinin kodu ilə başlayır – red.) bərabər İŞİD-in 11 bəndlik manifestini də açıqlayıb.
Bunların arasında kişinin saç və üzünü daramasından tutmuş qadının stulda oturmasıyla bağlı olan müxtəlif qadağalar mövcuddur.
Publika.az həmin qadağaları təqdim edir.
İŞİD-in 11 bəndlik qadağalar manifestində aşağıdakılar qadağandır:
1. Qadınların cins şalvar geyinməsi
2. Kişilərin dar şalvar geyinməsi
3. Saçı qısaltmaq
4. Vitrində qadın paltarlarının nümayişi
5. Qadın paltarları satılan yerdə kişilərin işləməsi
6. Qadın paltarları tikilən mağazalara kişilərin daxil olması
7. Qadın gözəllik salonlarının təbliği (reklamı)
8. Qadınların kişi həkimə müraciət etməsi
9. Kişilərin saç və üzlərini daraması
10. Siqaret və qəlyan çəkilməsi
11. Qadınların stulda oturması
Manifest “bu qaydalardan hər hansı birinə əməl edilməməsi camaatın gözü önündə edamla (başın kəsilməsi) nəticələnəcək” təhdidi ilə bitir.
Vüsal Tağı
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ