Yük gəmisi qəzaya uğradı - İtkin düşənlər var
Bizi izləyin

Dünya

Yük gəmisi qəzaya uğradı - İtkin düşənlər var

Çinin yük gəmisi Cənubi Çin dənizində qəzaya uğrayıb.

Publika.az TASS-a istinadən xəbər verir ki, hadisə Nanşa adaları ərazisində baş verib. Qəza nəticəsində gəmi heyətinin 3 üzvü itkin düşüb. 8 nəfəri xilas etmək mümkün olub. Hakimiyyət orqanları bundan ötrü əraziyə sahil mühafizəsinin 13 patrul katerini göndəriblər. Katerlər itmiş dənizçilərin axtarışını davam etdirir.

Hadisənin başvermə səbəbi araşdırılır. Xilasetmə işlərinin aparıldığı ərazidə qatı duman olduğundan itkin düşənlərin axtarışı çətinləşib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm