Dünya
Ermənistan səfiri nəzarət altındadır
Ermənistanın Belçikadakı səfiri Avet Adonts bu ölkənin xüsusi xidmət orqanları tərəfindən izlənilir.
Publika.az “Virtualaz.org”-a istinadən xəbər verir ki, buna səbəb səfirin birdəfəyə yüz minlərlə avroluq mal almasıdır.
Belçika qanunlarına görə, bu ölkənin mağazalarından 300 min avroluq alış-veriş edən diplomatlar ödənilən məbləğin 21 faizini dərhal geri alırlar.
Bu qanundan Ermənistanın Belçikadakı səfirliyinin əməkdaşları tez-tez istifadə edir. Lakin səfir Avet Adontsun bədxərcliyi bu dəfə bütün sərhədləri keçib və Belçika xüsusi xidmət orqanlarının diqqətini cəlb edib.
Məlumata görə, səfir arvadı ilə birlikdə o qədər “Rolex” saatları alıb və Ermənistana o qədər brilyant daşıyıb ki, Belçika xüsusi xidmət orqanları onunla maraqlanmağa başlayıblar.
Belçikanın xüsusi xidmət orqanları Ermənistan XİN-ə və Milli Təhlükəsizlik Xidmətinə sorğu göndərərək səfirin maaş hesabına birdəfəyə onlarla “Rolex” saatını və 30-50 min avro qiymətində brilyant daşları necə aldığı barədə maraqlanıblar.
Belçika xüsusi xidmət orqanları şübhələnir ki, səfir bu ölkədə diplomatlar üçün tətbiq edilən qanundan faydalanaraq həm alverlə, həm də varlanmaqla məşğuldur.
A.Adonts Ermənistanın İspaniyada səfiri təyin olunacaq. Gözlənilir ki, bu qalmaqaldan sonra İspaniya ona aqreman verməkdən imtina edəcək.
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO