Ərdoğan Maduroya dəstək çıxdı - “Dik dur, qardaşım, yanındayıq”
Bizi izləyin

Dünya

Ərdoğan Maduroya dəstək çıxdı - “Dik dur, qardaşım, yanındayıq”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuela rəhbəri Nikolas Maduroya dəstək nümayiş etdirib.

Publika.az xəbər verir ki, Ərdoğan Maduroya zəng edərək “Maduro qardaşım! Dik dur, yanındayıq” deyib və onun arxasında olduğunu bildirib.

Bu barədə Türkiyə prezidentinin mətbuat sözçüsü İbrahim Kalın tvitterdəki hesabında "#WeAreMADURO" haştağı ilə paylaşım edib.

Rusiya Federasiya Şurasının Xarici Münasibətlər Komitəsinin sədr köməkçisi Andrey Klimov da Ərdoğanla eyni mövqedə dayanıb və ölkəsinin Nikolas Maduronu dövlət başçısı olaraq tandığını açıqlayıb.

Qeyd edək ki, Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaido prezidentliyini elan edib. ABŞ başda olmaqla, Amerika qitəsindəki 34 ölkə də onun prezidentliyini tanıdığını elan edib.

Bundan başqa, Meksika və Boliviya da Maduronun yanında olduqlarını açıqlayıblar.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm