
ABŞ İraqın Suriya tərəfindən bombardman edilməsini təsdiq edib.
Axar.az xəbər verir ki, ABŞ-lı səlahiyyətli nümayəndələr Suriya təyyarələrinin İraqda İŞİD-in mövqelərinə zərbələr endirdiyini bildirib.
Adının açıqlanmasını istəməyən iraqlı bir səlahiyətli də hava
hücumunun edildiyini təsdiq edərək, Türkiyə, İordaniya, Küveyt və
Səudiyyə Ərəbistanının öz hava məkanlarında uçuşlar həyata
keçirərək Qaimdəki vəziyyəti müşahidə etdiklərini bildirib.