Dünya
Rusiya aviasiyası Ukrayna sərhədində
Rusiya aviasiyası Ukrayna sərhədi boyunca uçuşları davam etdirir.
Publika.az-ın “RBK-Ukrayna” informasiya agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik Şurası və Müdafiə Nazirliyinin informasiya-analitik mərkəzinin nümayəndəsi Andrey Lısenko Kiyevdə keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, “Mi-8” vertolyotu Donetsk vilayətinin “Marinovka” sərhəd-buraxılış məntəqəsi yaxınlığında qeydə alınıb.
Dünən isə Luqansk vilayətinin Biryukovo kəndi yaxınlığında, Ukrayna dövlət sərhədindən dörd kilometr içəridə Rusiyanın pilotsuz uçuş aparatı Ukrayna desantçıları tərəfindən yerə salınıb. Pilotsuz uçuş aparatı fərqləndirici nişanlara malik deyildi.
Ukrayna Rusiyanın Rostov vilayətindəki hərbi bazaya “MİQ-29” qırıcılarının eskadrilyası yerləşdirildiyini iddia edir. Bu iddianı isə bir neçə gün əvvəl Ukrayna Milli Təhlükəsizlik Şurası və Müdafiə Şurasının katibi Vladimir Çepovoy brifinqdə irəli sürmüşdü.
O qeyd edib ki, həmin baza Ukrayna sərhədindən 30 kilometr uzaqlıqdadır. V.Çepovoy da Rusiya aviasiyasının sərhəd boyu kəşfiyyat uçuşlarını aktivləşdirdiyini dilə gətirmişdi.
Ömər Dağlı
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ