Dünya
81 yaşlı kişi 75 yaşlı arvadını parça-parça etdi (VİDEO)
Bu gün saat 10:00-da Türkiyədə dəhşətli cinayət hadisəsi baş verib.
Doğan Haber Agentliyinin verdiyi məlumata görə, 81 yaşlı kişi 75
yaşlı arvadını dəhşətli şəkildə öldürüb. Maraqlısı budur ki, kişi
arvadını qısqandığı üçün öldürüb.
Belə ki, Ərzuruma yenicə köçən ailə burada 3 mərtəbəli bir villada
yaşamağa başlayıb. Qonşuları deyir ki, 81 yaşlı Əli ilə 75 yaşlı
Ədilə arasında dəfələrlə mübahisə və dava-dalaş olub. Səbəb isə
kişinin ahıl yaşda arvadını qısqanması olub. Yaşlı kişi 5 uşaq
anası olan arvadını hər kəsə qısqanırmış.
Səhər saatlarında isə baş verənlər hər kəsi şoka salıb. Qonşular
səhər evdən qışqırtı və dəhşətli inilti səsləri eşidib. Onlar
polisə məlumat veriblər. Məlumata əsasən evə gələn polislər
dəhşətli mənzərə ilə qarşılaşıb.
Kişi yaşlı arvadını ondan xəbərsiz həyətdə gəzdiyi üçün
amansızcasına öldürüb. Kişi qadının başına balta ilə zərbə vurub.
Daha sonra qadının başını parçalayıb. Yaşlı kişinin hirsi bununla
soyumayıb. O, qadının bədənini parçalayıb.
Arvadını amansızcasına öldürən kişi həbs olunub.
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ