Dollardan qurtuluş yolu TAPILDI: İran, Türkiyə, Rusiya və Çin...
Bizi izləyin

Dünya

Dollardan qurtuluş yolu TAPILDI: İran, Türkiyə, Rusiya və Çin...

Dünyada dolların hegemonluğuna qarşı hərəkətə keçən Malayziya Cənub-şərqi Asiyada fəaliyyət göstərəcək yeni valyuta sistemi üzərində çalışır.

Publika.az xəbər verir ki, məsələni Malayziyanın baş naziri Mahathir Məhəmməd Yaponiyanın Osaka şəhərində təşkil edilən 25-ci Beynəlxalq Asiyanın Gələcəyi Konfransında gündəmə gətirib.

Baş nazir bildirib ki, yeni valyuta sistemi qızıla indeksli şəkildə istifadə oluna bilər.

Dolların beynəlxalq ticarətdə təkəlçiliyini tənqid edən amerikalı iqtisadçı Stiv Hank ötən həftə “Forbes” jurnalına müsahibəsində bildirib ki, qızıl indeksli təklif son dərəcə əhəmiyyətli məsələdir. Bu, Malayziyanın ABŞ-ın dollar tələsindən qurtulmasına kömək edə bilər. Həmçinin qeyd edib ki, İran, Türkiyə, Rusiya kimi ölkələr qızılı üstün tutaraq Malayziyanın getidiyi istiqamətə gedə bilər. Beləcə önəmli bir qızıl bloku qurulmuş olar.

İqtisadçı Adam Qarrinin fikrincə, təkliflər hələ ki, sözdə olsa da, Asiyanın gənc liderləri Malayziya baş nazirinin sözünə qulaq verməli və bu planın gerçəkləşməsinə çalışmalıdırlar. İqtisadçı bildirib ki, qızıla dollardan fərqli olaraq heç bir ölkə tərəfindən nəzarət edilmir, asanlıqla manipulyasiyaya getmir.

Malayziyanın Maliyyə ədliyyəsi hərəkatı naziri Əhməd Kamil Mera qeyd edib ki, qlobal maraqlarını müdafiə edən ölkələr baş nazirin təklifini qəbul edəcəklər. Bundan sonra bəlkə ABŞ prezidenti Donald Tramp belə ölkəsini qızıla istiqamətləndirə bilər. Rusiya Mərkəzi Bankı hazırda qızıl indeksli kriptovalyuta çıxarmaq üzərində çalışır. Çin ötən həftə neft ixracında dolların hegemoniyasını qırmaq üçün qızıl indeksli neft razılaşması əldə edib. Türkiyə də yaxın zamanda valyuta böhranı yaşamış ölkə olaraq bu sahədə Malayziya ilə birlikdə hərəkət edə bilər.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm