Dünya
İŞİD lideri: Terror – Allahın qanunları ilə idarə edilməkdir
"İraq Şam İslam Dövləti” (İŞİD) silahlı
qruplaşmasının lideri Əbubəkr əl-Bağdadi Ramazan ayı ilə bağlı
açıqlama verib.
ANS PRESS-in məlumatına görə, İŞİD lideri
internetdə yayılmış səsyazısında terrorçuluğu öyüb, milliyyətçilik,
sülh, dinc yaşama, azadlıq, demokratiya, dünyəvilik və
vətənpərvərlik kimi şüarları inkar edib.
O, bununla bağlı deyib: "Müsəlmanlar bu şüarlara
tabe oldular, dinlərindən ayrıldılar, Allaha imanlarını tərk
etdilər, şərq və qərb insanlarının uydurduğu qanunlara uyğun
gələrək şirkə qaçdılar, onların davamçısı kimi, bu şüarları
qürursuz və məqsədsiz bir şəkildə qışqıraraq mənfur və biabırçı bir
halda yaşayırlar. Belə yaşamağa qarşı çıxanlarsa əziyyət gördü,
hədəfə alındı, qovuldu, sonu ölüm oldu, həbs ya da terrorizm
ittihamı ilə qorxunc şəkildə işgəncələr gördü".
Daha sonra o, terrorun müsəlmanlar üçün azad həyat
demək olduğunu vurğulayıb: “Terror Allahın qanunları ilə hökm
edilməyi seçməkdir. Terror Allah nə əmr etmişsə, ona itaət etmək
deməkdir. Terror alçaldılmağı, boyun əyməyi və kafirlərə itaət
etməyi rədd etməkdir. Terror müsəlmanlar üçün bir müsəlman kimi
izzətli, güclü və azad yaşamaqdır. Terror hüquqlarına sahib çıxmaq
və onlardan əsla imtina etməməkdir”.
-
Mistika23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin122:24
Tolik MTV-dən getdi
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”