Dünya
Rza Zərrabın işinə xitam verildi
Həbsdən yenicə çıxan iş adamı Rza Zərraba məxsus olduğu iddia edilən və “Duru” valyuta şirkəti vasitəsilə Qanadan İrana aparılan 1.5 ton qızılla bağlı başlanan istintaq işi dayandırılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən il yanvarın 1-də Atatürk Hava Limanında yoxlama işləri ilə bağlı saxlanılan 1.5 ton qızılın hansı səbəbdən gətirilməsi ətrafında aparılan araşdırmalara valilik tərəfindən icazə verilməyib.
Hadisənin ört-basdır edilməsi Türkiyədə müxalifət nümayəndələri
tərəfindən etirazla qarşılanıb.
Xatırladaq ki, ötən il yanvarın 1-də Atatürk hava limanına Qanadan
İrana gedən təyyarə enib və gömrük xidmətinin əməkdaşları təyyarəni
yoxlayanda kilolarla külçə qızıl aşkarlayıb. 1.5 ton qızılın 500
kilosunun “Duru” valyuta şirkətinə aid olduğu, qalan hissəsinin isə
İranda fəaliyyət göstərən “Sorinet” holdinqə məxsus olduğu
bildirilib. Bununla bağlı heç bir sənəd göstərilmədiyindən gömrük
əməkdaşları təyyarəni və yükü möhürləyib. Təyyarə və onun içindəki
yük 17 gün hava limanında qalsa da Rza Zərrabın əlaqələri
vasitəsilə problem həllini tapıb.
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ