Daha bir qorxunc təyyarə qəzası - Evin üzərinə düşdü və...
Bizi izləyin

Dünya

Daha bir qorxunc təyyarə qəzası - Evin üzərinə düşdü və...

Rusiyanın Çeçnya şəhərinin bağlı Stanitsa Novosçeçnya kəndində dəhşətli hadisə baş verib.

Publika.az xəbər verir ki, sovet istehsalı “Antonov-2” döyüş təyyarəsi yaşayış evinin damına düşüb.

Evdə iki qadın və bir uşaq səhər yeməyi yeyərkən baş verən hadisə təyyarənin elektirk naqillərinə ilişməsi nəticəsində olub. 66 yaşlı pilotun qəza zamanı boynu sınıb.

Dağıntılar altında qalan ailəni xilasedicilər çıxarıb. Onlar böyük şok keçirdikləri üçün psixoloji müalicəyə göndəriliblər.

Təyyarənin qəzaya uğramasının dəqiq səbəbi araşdırılır. Hadisə şahidləri təyyarənin çox alçaq məsafədən uçduğunu bildirib. Hadisə zamanı elektrik naqilləri qırıldığı üçün 4 kənd uzun müddət işıqsız qalıb.

Qeyd edək ki, “Antonov-2” tipli döyüş təyyarələrinin istehsalına 2001-ci ildə son qoyulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm