Dünya
Ərdoğanın taleyi kürdlərdən asılıdır – Proqnoz
“Qeyri-adi heç nə baş verməsə, hazırkı baş nazir Rəcəb Tayyib Ərdoğan seçkiləri udacaq”.
Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, belə bir proqnozla türkiyəli politoloq Mustafa Türkeş çıxış edib.
Onun fikrincə, seçkilərin nəticəsi kürd əhalisinin dəstəyindən də çox asılıdır.
İndiyə kimi Türkiyə prezidenti postuna üç namizəd irəli sürülüb. Bunlar AKP-nin namizədi R.T.Ərdoğan, Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyası başda olmaqla beş müxalifət partiyasının namizədi Ekmeleddin İhsanoğlu və kürdlərin Xalqların Demokratik Partiyasının namizədi Səlahəddin Demirtaşdır. Prezident seçkilərinin birinci turu 10 avqustda keçiriləcək. Qalib gəlmək üçün namizədlərdən biri 51 faiz səs yığmalıdır. Əgər namizədlərdən biri ilk turda göstərilən səsləri toplaya bilməsə, 24 avqustda ikinci tur keçiriləcək.
“Ərdoğan qalib gəlmək üçün bütün şanslara malikdir. Əgər qeyri-adi heç nə olmayacaqsa, Ərdoğan prezident olacaq”, - Türkeş bildirib.
Analitikin fikrincə, Ərdoğan birinci turda qalib gələ bilməsə, böyük ehtimalla ikinci tur üçün kürdlərin partiyası ilə danışıqlara gedəcək: “Bu halda kürd partiyasının elektoratı Ərdoğanı dəstəkləyəcək. Razılaşma olmazsa, o halda İhsanoğlunun qələbə şansları artacaq”.
Ömər Dağlı
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika2 Yanvar 20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin12 Yanvar 20:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO