Fabrikdə dəhşətli partlayış: ölü və yaralılar var
Bizi izləyin

Dünya

Fabrikdə dəhşətli partlayış: ölü və yaralılar var

Çində dəhşətli hadisə baş verib.

Publika.az xəbər verir ki, ölkənin mərkəzində yerləşən Xınan əyalətində fəaliyyət göstərən "Coal Gas Co. Ltd” qaz fabrikində partlayış olub.

“Şinxua” agentliyinin məlumatına görə, hadisə nəticəsində 10 nəfər ölüb, 19 nəfər yaralanıb. 5 nəfərin taleyi məchuldur. Yaralılar xəstəxanaya yerləşdirilib. İtkin düşənlərin axtarışı üçün xilasedici briqada olay yerinə cəlb olunub.

Hadisəyə texniki nasazlığın səbəb olduğu deyilir.

Qeyd edək ki, Çində mart ayında kimyəvi stansiyada meydana gələn bənzər partlayışda 78 nəfər həlak olmuşdu.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm