Öldüyü iddia edilən Türkmənistan prezidenti haradadır?
Bizi izləyin

Dünya

Öldüyü iddia edilən Türkmənistan prezidenti haradadır?

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölüm xəbəri təkzib olunsa da, o, 15 iyuldan bəri heç yerdə görülməyib.

Publika.az xəbər verir ki, adının açıqlanmasını istəməyən bir şəxs “Euronews”a böyrək çatışmazlığından əməliyyat olan Berdiməhəmmədovun eyni xəstəlik səbəbilə ölmüş ola biləcəyini deyib.

Türkmənistanın Rusiyadakı səfirliyindən TASS-a verilən açıqlamada prezidentin ölüm xəbəri təkzib edilsə də, onun harada olduğuna dair məlumat qeyd edilməyib.

Son olaraq 15 iyulda kameralar qarşısına keçən Berdiməhəmmədov nəvələri ilə pişik oynadarkən görüntülənmiş və kitab yazmaq üçün tətilə çıxacağını bildirmişdi.

Türkəm liderə yaxınlığı ilə tanınan bəzi iş adamları Rusiya mediasına onun öldüyünü deyib.

Qeyd edək ki, daha əvvəl Türkmənistanda türkmənbaşı Saparmurat Niyazovun da 2006-cı ildə ölümü gizlədilmiş, daha sonra rəsmi açıqlama ilə təsdiq edilmişdi. Bundan başqa, Özbəkistanən sabiq prezidenti İslam Kərimovun 2016-cı ildə ölüm xəbəri əvvəlcədən iddia kimi ortaya atılmış, ölümü isə həftələr sonra açıqlanmışdı.

“Freedom House”un hesabatına görə, Türkmənistan siyasi və fərdi azadlıqlar sahəsində dünyanın ən pis ölkələri arasında yer alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm