Teleaparıcı qadınları təhqir etdiyinə görə efirdən kənarlaşdırıldı
Bizi izləyin

Dünya

Teleaparıcı qadınları təhqir etdiyinə görə efirdən kənarlaşdırıldı

Misirin tanınmış teleaparıcısı Riham Səid efirdən kənarlaşdırılıb.

Publika.az xəbər verir ki, aparıcının efirdən kənarlaşdırılması barədə qərarı Misirin Teleradio yayımı üzrə Ali Şurası verib.

Qeyd olunur ki, “Al Hayat” telekanalının yayımladığı “Sabaya” verilişində Riham Səid deyib ki, “kök qadınlar öz qadınlıqlarının bir hissəsini itirirlər, onlar həm ailələrinə, həm də dövlətə yük olurlar və onlara baxmaq xoş olmur”. Tanınmış aparıcının bu sözləri ictimaiyət arasında böyük narazılığa səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm