Dünya
Britaniya ordusunun İraqda törətdiyi iyrənc əməllər: MƏHBUSLARA TƏCAVÜZ, UŞAQ QƏTLLƏRİ
Britaniya ordusunun İraq və Əfqanıstanda törətdiyi hərbi cinayətləri ört-basdır elədiyi iddia olunur.
Publika.az-ın məlumatına görə, "Sunday Times" və "BBC"də yer alan xəbərlərə görə, Hərbi Hava Qüvvələri 2012-ci ildə Əfqanıstanda evlərində çay içən 3 uşaq və gənci güllələyib:
"Onların əməlləri rəhbərlik tərəfindən gizlədilib. Britaniya hərbçiləri İraq və Əfqanıstanda qətllərlə yanaşı, məhbuslara işgəncə verərək onlara təcavüz edib. 2003-cü ildə Bəsrə həbsxanasında 2 iraqlı aldığı zərbələrdən ölüb. Həmin ildə İraq polisinin qətlə yetirilməsi də gizli saxlanılıb".
Britaniya Müdafiə Nazirliyi isə yayılan məlumatla bağlı geniş araşdırma aparıldığını bildirib.
Qeyd edək ki, İraq müharibəsi zamanı (2003-2011-ci illərdə) Britaniyanın həmin ölkədə 45 min hərbçisi olub. Bu isə ABŞ-dan sonra ikinci yer deməkdir. Müharibə nəticəsində Britaniyanın 179 hərbçisi ölüb. Bu göstərici Əfqanıstan müharibəsində (2001-2015-ci illər) 456 nəfər olub.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR