Dünya
Ukrayna böhranı niyə uzanır?
"Ukrayna xaosa doğru gedir. "Ərazi bütövlüyü"
ilə "öz müqəddəratını həll etmə" arasında gərginlıik
artır".
ANS PRESS-in məlumatına görə, bu haqda National
interest dərgisi yazıb.
National interest qeyd edir ki, gərginliyin
səngiməməsinin əsas səbəbi ABŞ və Rusiyanın bu münaqişədə öz
tərəfdaşlarını geri çəkmək istəməməsidir.
"ABŞ Ukraynanın şərqindəki yaraqlılara
"separatçılar", Ukrayna hakimiyyəti isə "terrorçular" deyir və
Dövlət Departamenti Ukrayna hakimiyyətinin bu terminologiyadan
istifadəsini pisləmir.
ABŞ Ukrayna hakimiyyətinin hərbi əməliyyatını
"təmkinli və ölçülü-biçili" adlandırır, Ukrayna hakimiyyəti üçünsə
bu ölüm-dirim davasıdır, yeni müdafiə naziri bəyan edir ki, "biz
dayanmayacağıq".
National interest vurğulayır ki, eyni vəziyyət
Rusiya tərəfdədir. Yaraqlıların lideri İqor Girkin Ukrayna ordusunu
"faşistlər", "quldurlar", "soyğunçular"
adlandırır.
Dərgi hesab edir ki, Ukraynada indiki böhranın
həlli yolu ABŞ-ın və Rusiyanın qarşılıqlı güzəştindən keçir və
onlar razılığa gəlsə, onlar Ukraynadakı tərəfdaşlarına təsir
göstərə biləcək.
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə10 May 21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə10 May 20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 10 May 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”