Süleymanini öldürən PUA-nın inanılmaz özəllikləri - - Video
Bizi izləyin

Dünya

Süleymanini öldürən PUA-nın inanılmaz özəllikləri - - Video

Yanvarın 2-dən 3-nə keçən gecə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds xüsusi bölməsinin rəhbəri, general-mayor Qasım Süleymaninin öldürülməsi iki gündür dünya gündəminin əsas mövzusuna çevrilib.

Bakupost xəbər verir ki, general "MQ-9 Reaper" PUA-sı tərəfindən atılan raketlə həyatını itirib.

İranın kilid adamı və təsirində olan ölkələrdə Xamaneinin sağ əli olan generalın ölümünə səbəb olan PUA-nı yaxından tanıyaq:

"MQ-9 Reaper" ABŞ-ın istəyi ilə "General Atomics Aeronautical Systems" tərəfindən təkmilləşdirilib. İlk uçuşunu 2001-ci ildə həyata keçirən PUA-nın daha fərqli modelləri də var. Hal-hazırda MQ-9 Reaper-dən İspaniya, İtaliya, İngiltərə, Fransa, Hollandiya, Hindistan da istifadə edir.

"MQ-9 Reaper"in texniki xüsusiyyətləri:

Heyət: Yer stansiyasında 2 nəfər

Uzunluq: 11 m

Qanad uzunluğu: 20 m

Hündürlük: 3,81 m

Ağırlığı: 2,223 kq

Maksimum ağırlığı: 4,760 kq

Yanacaq tutumu: 1,800 kq

Yük tutumu: 1,700 kq (Daxili: 360 kq, Xarici: 1400 kq)

İstifadə olunan raketlər: AGM-114 Heelfire, GBU-12 Paweway 2 lazer bombaları, GBU-38 Jointdireckt Attack Munitions, Multi Spectrale Targeting System

Motor: 1 Honeywell TPE 331 -10 Turboprop

Maksimal surət: 482 km/s

Müşahidə sürəti: 313 km/s

Mənzil: 1,900 km

Dözümlülük: 14 saat (tam yüklü)

Xatırladaq ki, Türkiyə də ABŞ-dan sözügedən PUA-ları almaq istəmiş, lakin ABŞ satmağa yanaşmamışdı. Türkiyə hazırda "MQ-9 Reaper" istehsal edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm