Dünya
Rusiya kəşfiyyatı Ukraynanın enerji şirkətinə kiber hücum etdi
Rusiya kəşfiyyatı ABŞ prezidenti Donald Tramp barədə impiçment prosesinin başlamasına yol açan Ukraynanın “Burisma Holdings” enerji şirkətinə kiber hücum təşkil edib.
Publika.az “euronews “ə istinadən xəbər verir ki, bu barədə ABŞ-da fəaliyyət göstərən təhlükəsizlik şirkətinin hazırladığı hesabatda qeyd olunub. Hücumun Tramp barədə impiçment prosesinin başlaması ilə eyni vaxta düşməsi diqqət çəkir. Rusiyalı kəşfiyyatçıların hansı məlumatları ələ keçirdiyi məlum deyil.
Xatırladaq ki, iddialara görə, prezident Donald Tramp Zelenski ilə telefon danışığı zamanı demokratların nümayəndəsi, prezidentliyə namizəd, keçmiş vitse-prezident Co Baydenin oğlunun Ukraynadakı ticarət fəaliyyətinin araşdırılmasını tələb edib. Əvəzində isə “Ağ ev” rəhbəri Kiyevə dəstək sözü verib. İddia edilir ki, Tramp bu yolla rəqibinə siyasi zərbə vurmaq istəyib. Co Baydenin oğlu “Burisma Holdings”də yüksək vəzifədə çalışıb.
Telefon danışığının mətni mətbuata sızandan sonra demokratlar “Ağ ev” rəhbərinin impiçmentini tələb edib.
Anar Türkeş
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi