Dünya
Türkiyənin İŞİD qorxusu
Türkiyə prezidentliyinə namizəd Səlahaddin Demirtaş bu
gün etdiyi çıxışında “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlı
qurplaşmasının növbəti hədəfinin Türkiyə olacağını
vurğulayıb.
ANS PRESS-in məlumatına görə, Öcalana yaxın HDP partiyasının
həmsədri olan siyasətçi deyib: “İŞİD bu gün kürdlərə hücum edir. Bu
gün Kobani İŞİD-in əlinə keçərsə, 15 gün sonra İŞİD Xatayda, 1 ay
sonra Adanada olacaq. Bu işin zarafatı yoxdur. Vəziyyət bu qədər
təhlükəli və dəhşətlidir".
O, prezidentliyə digər namizəd, hakimiyyətdə olan partiya AKP-nin
lideri, baş nazir Rəjəb Tayyib Ərdoğanın İŞİD-ə qarşı yumşaqlıq
göstərməsinə də toxunub: "Baş nazir Ərdoğanın İŞİD-lə əlaqədar
çağırışı işin tragik bir istiqamətidir. Deyir İŞİD-ə qarşı sərt
sözlər söyləməyin. Başkəsən, insanların başı ilə top oynayan,
insanlıq şərəfini ayaqlar altına alan bu təşkilata Allaha
inandıqları üçün Allah adına çağırışmı edəcəyik? Allaha inanmaq
budurmu, müsəlmanlıq budurmu? Kimi aldadır baş nazir? İŞİD-i İslami
bir təşkilat olaraq təqdim etməsi İslamiyyətə zidddir. Türkiyədə
İslama inanan bütün müsəlmanların ayağa qalxması lazımdır".
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI