Digər
Prezident hər şeydən XƏBƏRDAR İMİŞ - Koronavirusla bağlı DƏHŞƏTLİ MƏQAMLAR ortaya çıxdı
Çinin Uhan şəhərində ortaya çıxan və yüzlərlə insanın ölümünə səbəb olan yeni tip koronavirus (Kovid-19) epidemiyasına vaxtında müdaxilə etməməkdə ittiham olunan Çin hökumətinə qarşı sərt reaksiyalar davam edərkən yeni səs qeydi ortaya çıxıb.
Publika.az xəbər verir ki, Çin mətbuatının yayımladığı materialda rəsmi Pekinin təhlükədən çox daha əvvəl xəbərdar olduğu, lakin bunun qarşısını almaq üçün hərəkətə keçmədiyi əksini tapıb.
Səs qeydində Çin dövlət başçısı Si Cinpinin 7 yanvar tarixində virusla mübarizə məsələsində təlimat verdiyi bildirilir. Lakin Pekin hökuməti ictimaiyyətə yanvar ayının sonuna qədər bir informasiya ötürməmişdi.
Vəzifədə olduğu müddətdə ən böyük siyasi problemlərdən birinə çevrilən epidemiyanın ilk günlərində Çin liderinin hökumətin epidemiyaya münasibətinə qarşı tənqidlərə səbəb olan səssiz rol oynadığı görünürdü. Lakin 3 fevral tarixində qeydə alınan səs yazısında Sinin 7 fevralda virusla mübarizə məsələsində təlimatlar verdiyi ortaya çıxıb.
Prezidentin səs yazısında “22 yanvarda epidemiyanın sürətli yayılması və qarşısının alınması, nəzarətə götürülməsinin çətinlikləri fonunda Hubey əyalətinə giriş və çıxışlara nəzarət edilməsi əmrini verdim” ifadələri yer alıb. Çin xalqı isə bu səs yazısının gözboyama əməliyyatından başqa bir şey olmadığı fikrindədir.
Zümrüd
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."