Dünya
Multikulturalizmin Azərbaycan modeli
"Multikulturalizmin Azərbaycan modeli”
Beynəlxalq Gənclər Forumunda iştirak etmək üçün Bakıya gəlmiş
xarici ölkələrin gənclər təşkilatlarının təmsilçiləri Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasında olublar.
Şura katibliyinin icraçı direktoru Fərasət
Qurbanov Azərbaycanda sülh şəraitində müxtəlif millətlərin və
dinlərin nümayəndələrinin əsrlər boyu birgə yaşadığını bildirib,
ölkəmizin dünyada mədəniyyətlərarası dialoqun inkişafına mühüm
töhfələr verdiyini qeyd edib. O, ölkəmizdə vətəndaş cəmiyyətinin
inkişafı istiqamətində ardıcıl həyata keçirilən dövlət siyasəti
haqqında görüş iştirakçılarına ətraflı məlumat
verib.
Bildirilib ki, 2007-ci ildə Prezident İlham
Əliyevin fərmanı ilə yaradılan Şura dövlətlə ictimai sektor
arasında körpü rolunu oynayır. Şuranın fəaliyyəti dövründə 2500-ə
yaxın QHT layihəsi maliyyələşdirilib. 2013-cü ildən etibarən Şura
xarici QHT-lər üçün də qrant proqramı həyata
keçirir.
Ölkəmizdə tolerant, multikultural mühitin hökm
sürdüyünü vurğulayan qonaqlar deyiblər ki, Azərbaycan bu sahədə
dünyaya örnəkdir. 13 dövləti təmsil edən gənclər Azərbaycan
dövlətinin vətəndaş cəmiyyətinin inkişafı istiqamətində həyata
keçirdiyi işləri və Şuranın bu sahədəki fəaliyyətini yüksək
qiymətləndiriblər.
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"