Koronavirus hələ zirvəyə çatmayıb, 18 ay sonra... - ÜST-dən ürküdücü açıqlama
Bizi izləyin

Dünya

Koronavirus hələ zirvəyə çatmayıb, 18 ay sonra... - ÜST-dən ürküdücü açıqlama

Koronavirus Avropada hələ zirvəyə çatmayıb.

Publika.az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının mətbuat katibi Marqaret Harris səsləndirib.

BMT-nin Cenevrə ofisində videokonfrans keçirən Harris dünyanın peyvəndi tapması üçün 12 ay və ya daha çox zamana ehtiyacı olduğunu bildirib.

“Pandemiyanın dünya miqyasında mənzərəsinə baxdıqda, yoluxmaların 90%-nin Avropa və ABŞ-da olduğunu görürük. Dolayısı ilə zirvəni hələ müşahidə etməmişik. İtaliya və İspaniyada yoluxma səngiyir, amma Böyük Britaniya və Türkiyədə artmağa davam edir”.

Qeyd edək ki, ÜST-ün Baş direktoru Tedros Adanom Qebreyesus 27 martdakı açıqlamasında koronavirus peyvəndi üçün minimum 12-18 ay lazım olduğunu bildirmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm