Türkiyə BMT-nin təcili iclasının çağırılmasını istəyib
Bizi izləyin

Dünya

Türkiyə BMT-nin təcili iclasının çağırılmasını istəyib

Türkiyə İsrailin Qəzzada yerüstü əməliyyatı ilə bağlı BMT Təhlükəsizlik Şurasının, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və BMT-nin İnsan hüquqları Şurasının fövqəladə iclasının çağırış təşəbbüsünə başlayıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.

Davudoğlu İsraili Qəzzada yerüstü əməliyyatlara başladığına görə pisləyib və başqa ölkələrdən də bu cür təşəbbüslərin gözlədiyini vurğulayıb.

"Mən indicə BMT-nin baş katibi Pan Gi Mun ilə danışmışam. Biz BMT TŞ-nin təcili açıq iclasına çağırış üzrə təşəbbüsünü başlayırıq", - Türkiyə XİN rəhbəri deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm