Dünya
Vurulmuş təyyarədən pul və zinət əşyaları oğurlanır
“Malaysia Airlines” MH17 təyyarəsinin vurulması azmış kimi, indi də təyyarə qurbanlarına məxsus əşyalar qarət edilir. Bu tədqiqatların işinə maneçilik törətməklə yanaşı, qurbanların ailə üzvlərini də narahat edir.
Qəzadan sonra tədqiqatçılar ərazini dərhal nəzarətə götürə və əşyaları qoruya bilməyib. Nəticədə, silahlı separatçılar və yerli sakinlər hadisə baş verən yerə gəliblər. Çamadanlar ərazidən oğurlanıb və onların qıfılı açılıb. Qarətçilər özlərinə lazım olan əşyaları götürüb, lazımsızları isə atıblar. Atılmış əşyalar arasında uşaq oyuncaqları, ailə fotoları və pasportlar da var.
Qarətçilər pul kisəsi və kredit kartlarına üstünlük
veriblər.
Hadisə yerindən olmuş fotojurnalist deyir: “Orada bir ədəd də
olsun, mobil telefon, pul kisəsi və ya fotokamera yoxdur. Sanki
əşyalar bir gecəyə yoxa çıxıb”.
Ukrayna Daxili İşlər Nazirliyinin sözçüsü itən əşyalar arasında zinət əşyalarının da olduğunu qeyd edib. Bu səbəbdən qurbanlara məxsus kredit kartların dondurulması tövsiyə edilir.
Nura
-
Art22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü