Dünya
Meyitlər Ukraynanın şimalına aparılıb
Ukraynada Malayziyaya məxsus təyyarənin Rusiyadan
göndərilmiş zenit-raket kompleksi vasitəsi ilə vurulması barədə
rəsmi Kiyev sübutlar ortaya qoyub. Torez şəhərinin küçələrindən
birində “BUK-M” qurğusunun fotosu jurnalistlərə nümayiş etdirilib.
Hazırda Ukrayna Fövqəladə Hallar Nazirliyinin xilasediciləri
bölgəyə cəlb olunub.
ANS TV-nin məlumatına görə, həlak olan sərnişinlərdən 196 nəfərin
meyiti təyyarənin qalıqları arasından çıxarılaraq soyuducu
vaqonları olan yük qatarına yığılıb. Bu səhər separatçılar
meyitlərin Mariupola aparılacağını bəyan etsələr də həlak olanların
yığıldığı yük qatarı Ukraynanın şimal-şərqində yerləşən İlovayks
qəsəbəsinə yola düşüb. Ukrayna rəsmilərinin məlumatına görə, qəza
yerində çalışan xilasedicilər böyük təzyiq altında işləyir və aşkar
etdikləri meyitləri rusiyayönümlü üsyançılara təhvil verməyə məcbur
edilirlər. Bu səbəbdən də rəsmi Kiyev beynəlxalq ictimaiyyəti
Rusiyaya təzyiq göstərməyi tələb edib.
Donetsk üzərində vurulan təyyarə Amsterdamdan Kuala-Lumpura uçurdu.
Ona görə də bu gün qəzada 160 vətəndaşını itirən Hollandiya paytaxt
Amsterdamda həlak olanların xatirəsini yad edib.
3 gün öncə Donetsk üzərindən keçərkən, Malayziya Hava Yollarına
məxsus sərnişin təyyarəsinin kim tərəfindən vurulması hələ ki,
məlum deyil. Ukrayna Təhlükəsizlik Şurasının nümayəndəsi təyyarənin
üsyançılar tərəfindən vurulması barədə ciddi sübutların olduğunu
desə də faktlar hələ subuta yetirilməyib. Hadisə nəticəsində 85-i
uşaq olmaqla 298 nəfər həlak olub.
-
Region12:07
Etirazçılar Paşinyanın yerinə kimi gətirir? - Baqrat açıqladı
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova