Dünya
Kerri Qəzzaya görə narahatdır
ABŞ Dölət katibi Con Kerri canlı efirdə özü də bilmədən
İsrailin Qəzzada törətdiyi bombardımandan narahat olduğunu bütün
dünyaya çatdırıb.
ANS PRESS-in xəbərinə görə, yerli “FOX” telekanalında qonaq olan
Kerriyə çıxış vaxtı Dövlət departamentindən zəng vurulur. Mikrofonu
açıq unudan Dövlət katibinin danışdıqları isə efirdə əks
olunur.
Kerri İsrailin Qəzzada tunelləri bombardıman etməsi barədə iddialar
qarşısında kinayəli şəkildə iki dəfə, “yaman da nöqtə hədəfi
əməliyyatıdır” – deyir. Nazirlik əməkdaşı isə, “Bəli, bu gərginliyi
ciddi ölçüdə çoxaldır və atəşkəsin vacibliyini zəruri edir” – deyə
cavab verir. Kerri öz növbəsində, “Bunun öhdəsindən gəlməliyik.
Məncə bu axşam getməliyik, burda gözləmək çılğınlıqdır” – deyir və
telefon danışığı burda başa çatır.
Proqram aparıcısının suallarına isə, Kerri İsraili müdafiə edərək
cavab verir. İsrailin, Həmasın raketləri qarşısında özünümüdafiə
hüququ olduğunu deyən Kerri hadisələrin 3 yəhudi gəncin ölümündən
sonra başladığını bildirərək bunun biabırçılıq olduğunu deyib.
Kerri nazirlik əməkdaşı ilə olan danışığını isə mülki əhalinin və
uşaqların ölümü ikə əsaslandırıb və İsrailin tunellərə qarşı
başlatdığı əməliyyatları dəstəklədiyini vurğulayıb. Həmçinin
İsrailin atəşkəsi qəbul etdiyini deyən Kerri Həmasın da analoji
addımı atmalı olduğunu deyib.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək