Koronavirusdan ölənlərin sayı 561 mini keçdi - ÜST
Bizi izləyin

Dünya

Koronavirusdan ölənlərin sayı 561 mini keçdi - ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 230 mindən çox artıb.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

İyulun 12-i saat 11:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 230 370 nəfər koronavirusa yoluxub, 5 285 nəfər isə dünyasını dəyişib.

Yoluxanların ümumi sayı 12 552 765, ölənlərin isə 561 617 nəfərə çatıb.

Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm