Kreml NATO-ya qarşı yeni cəbhə açır – Müharibə meydanı hara olacaq?
Bizi izləyin

Dünya

Kreml NATO-ya qarşı yeni cəbhə açır – Müharibə meydanı hara olacaq?

NATO ilə hərbi qarşıdurmada Moskva müharibə meydanını tapıb. Belə ki, Kreml çoxdandır ki, Belarusa Qərblə qarşıdurma meydanı kimi baxır. Ukrayna böhranından sonra yaranan situasiya isə Belarusun strateji müharibə meydanı kimi qiymətini artırır.

Publika.az xəbər verir ki, “Belarus xəbərləri” nəşri Aleksandr Lukaşenkonun Moskva ilə yenidən sövdələşə biləcəyini bildirir. Qəzet yazır ki, Qərbin sanksiyalarının gücləndirilməsi Rusiya iqtisadiyyatını partlayışla hədələyir. Bu halda Minsk Moskvanın etdiyi maddi yardımların hazırkı səviyyəsini unutmalı olacaq.

Rusiya Təhlükəsizlik Şurasının 22 iyulda keçirdiyi iclasdan əvvəl Vladimir Putinin Ukraynanın şərqinə qoşunu daxil etməyi təklif edəcəyi proqnozlaşdırılırdı. İclas Putinin Qərbə qarşı dəmir ritorikası ilə yadda qaldı: “Biz sərhədlərimizə NATO hərbi infrastrukturunun yaxınlaşmasına adekvat cavab verəcəyik”.

Moskvanın strateji eyvanı sayılmasına baxmayaraq, Belarus Rusiyanın Qərblə qarşıdurmasında strateji müharibə meydanı olmağa hazırdırmı?

“Belarus Security Blog” analitik layihəsinin rəhbəri Andrey Porotnikovun sözlərinə görə, Belarus hakimiyyəti çətin ki, Rusiya-Qərb qarşıdurmasında iştirak etmək arzusu var.

Siyasi ekspert qeyd edir ki, Baranoviçaxda Rusiya təyyarə bazasının yaradılması perspektivləri haqqında Belarus hakimiyyəti son aylara qədər heç bir bəyanat verməmişdi. Moskvanın nümayəndəsi bildirdi ki, Rusiya Belarusa “S-300” zenit-raket komplekslərinin verilməsi barədə müqaviləni imzalayıb. Bu komplekslər həm də pulsuz verilir.

Hərbi ekspert Aleksandr Alesin sözügedən silahların 1990-cı illərin istehsalı olduğunu bildirir. Onun sözlərinə görə, “S-300”lərin Minskə hədiyyə edilməsi Moskvanın ətrafında yeni “S-400”lərin yerləşdirilməsi ilə bağlıdır. “Hədiyyə” “S-300”lərin isə təmir və müasirləşdirilməsinə ehtiyacı var.

Geniş reklam edilən “İsgəndər” raket komplekslərinin Belarus ordusuna verilməsi perspektivi isə hələ aydın deyil. Rusiyada “İsgəndər-M” raketləri 500 kilometr uçuş məsafəsinə malikdir. Rusiya-Qərb qarşıdurmasının güclənməsi fonunda Moskva orta və kiçik mənzilli raketlər barədə müqavilədən çıxa bilər. Bu isə Moskvaya uzaq mənzilli raketlər kompleksləri mövzusunda əl-qolunu açmaq üçün lazım ola bilər.

“Əgər vəziyyət kəskin şəkildə pisləşərsə, Rusiya Belarusa özünün qabaqcıl ordu hissələrini gətirə bilər. Moskva Belarusa özünün ən yeni silahları ilə gələcək”, - deyə A. Alesin proqnozlaşdırır.

Hərbi ekspertin sözlərinə görə, Rusiyanın “S-400” zenit-raket kompleksi, “İsgəndər-M” raket kompleksləri və “Su-34” qırıcıları Moskvanın gücünün əsası olacaq. O, Kremlin müharibə meydanı kimi Belarusdan NATO-çuları bu silahlarla hədələməyə başlayacağını bildirir.

A. Alesin mümkün ssenarini də səsləndirir: “Belovejski meşəsində yerləşdirilən “S-400”lər Polşa ərazisi üzərində Amerika raketlərini vuracaq”.

O, “İsgəndərlər”lərin hər cür hava şəraitində belə düşmən raketlərini məhv etməyə qadir olan yüksək dəqiqlikli silah olduğunu bildirir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm