İçki məclislərində koronavirus SÜRƏTLƏ YAYILIR
Bizi izləyin

Dünya

İçki məclislərində koronavirus SÜRƏTLƏ YAYILIR

Estoniya hökuməti koronavirusa yoluxma hallarının artması ilə əlaqədar spirtli içki satışına məhdudiyyət tətbiq etmək qərarına gəlib.

Publika.az xəbər verir ki, "İnterfax" bu barədə hökumətin mətbuat xidmətinə istinadən məlumat verir.

Estoniya ərazisində məhdudlaşdırma 26 sentyabrdan 24 oktyabr tarixinə qədər tətbiq olunacaq.

Spirtli içkilərin satışına qadağa gecə saat 00:00-dan səhər saat 10:00-a qədər qüvvədə olacaq.

Hökumət rəsmilərinin apardığı araşdırma nəticəsində məlum olub ki, Estoniyada COVID-19 virusuna yoluxma xüsusilə əyləncə məclislərində daha çox qeydə alınır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm